Bu sənədi imzalamaq İran üçün kapituliyasiyadır - Tramp

ABŞ prezidenti Donald Trump hesab edir ki, İran üçün ABŞ ilə qarşılıqlı anlaşma memorandumu imzalamaq faktiki olaraq təslim olmaq deməkdir.

protest.az xəbər verir ki, o, bu fikri “Axios” portalına verdiyi müsahibədə səsləndirib.
“Bu, əslində, yəqin ki, qeyd-şərtsiz təslimiyyətdir. Mən belə hesab edirəm”, – deyə ABŞ lideri bildirib.

O, jurnalistin Trampın daha əvvəl Tehrandan “qeyd-şərtsiz təslimiyyət” tələb etmək niyyətində olduğunu, lakin tərəflər arasında memorandumun imzalanmasının münaqişənin belə nəticələndiyini göstərmədiyini xatırlatmasına cavab olaraq bunu deyib.
“Biz onlara tam şəkildə hərbi məğlubiyyət yaşatdıq”, – deyə Vaşinqton administrasiyasının rəhbəri hesab edir.

“Biz dünyanın ən güclü silahlı qüvvələrinə malikik”, – Tramp vurğulayıb.

“Belə bir blokadanı başqa kim qura bilərdi? Mən İrana qarşı dəniz blokadası yaratdım. Heç bir gəmi keçə bilmirdi”, – deyə Tramp bildirib.

Münaqişə nəticəsində güc tətbiqi imkanlarının məhdudluğunu anlayıb-anlamadığı sualına isə Ağ Ev rəhbəri “Heç bir məhdudiyyət yoxdur” cavabını verib.

Çox oxunanlar