övlət Statistika Komitəsi Aparatının sabiq rəhbəri Ziyad Abbasəliyev yanvarın 21-də vəfat edib.
Bu barərə protest.az-a mərhumun yaxınları məlumat veriblər.
Dəfin mərasimi 22 yanvar 2026-cı tarixində mərhumun altıncı mikrorayondakı evində olacaq.
Ziyad Məhəmmədəli oğlu Abbasəliyev 1950-ci il yanvarın 1-də Qərbi Azərbaycanın (Krasnoselo-Çənmərək) Ağbulaq kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə qəbul olunub. Daha sonra təhsilini Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin İqtisadiyyat fakültəsində davam etdirib. Həmin məktəbi iqtisadçı ixtisasına yiyələnib.
Ziyad Abbasəliyev 1973-cü ildə o vaxtkı Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində iqtisadçı kimi işə başlayıb, şöbə risi vəzifəsində işləyib. 1984-cü ildə Kadrlar və tədris mütəxəssisləri idarəsinin rəisi təyin edilib və 1996-cı ilədək həmin vəzifədə çalışıb. 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib.
1999-cu ildə Azərbaycanda əhalinin ilk siyahıyaalınmasının hazırlanıb kecirilməsinə rəhbərlik edib. 2009-cu il siyahıyaalınmasının hazırlanıb kecirilməsi yenidən ona tapşırılıb. 2005-ci ildə Z.Abbasəliyev Dövlət Stastika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib və 2015-i ilin sonuna qədər bu vəzifədə calışıb. 2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə"medalı ilə təltif olunub. 2015cı ilin oktyabr ayında təqaüdə çıxıb.
Allah rəhmət eləsin.
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30