Azərbaycanda bir sıra qəzetlər bahalaşıb.
protest.az xəbər verir ki, artımlar yanvarın 5-dən başlayaraq tətbiq edilir.
Belə ki, hazırda “525-ci qəzet” 40 qəpik artırılaraq 1 manata, “Bakı Xəbər” 40 qəpik artırılaraq 60 qəpiyə, “Novoye Vremya” 60 qəpik artırılaraq 70 qəpiyə, “Səs” 60 qəpik artırılaraq 1 manata satılır.
60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzetlərin həftədə 1 nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) maliyyə yardımı göstərilir.
MEDİA-nın əvvəlki müsabiqələrində isə həftədə 1 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə 5 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilirdi. (Mənbə “Trend”)
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
20-07-2026, 18:00
20-07-2026, 17:30
20-07-2026, 17:00
20-07-2026, 16:30
20-07-2026, 16:00
20-07-2026, 15:30
20-07-2026, 15:00
20-07-2026, 14:30
20-07-2026, 14:00