Görmə problemi olan gənc hərbi xidmətə çağırılıb? - RƏSMİ CAVAB

Redaksiyamıza Şəki rayonu Çayqaraqoyunlu kənd sakini, təqaüdçü Zənfirə Sirəfilova Şubay qızı tərəfindən şikayət daxil olmuşdu. Şikayətində Zənfirə xanım  27 may 2007-ci il təvəllüdlü oğlu Sirəfilov Dəyanət Məhərrəm oğlunun anadangəlmə ağır dərəcəli görmə zəifliyindən əziyyət çəkdiyini və indiyədək bu problem tam müalicə olunmadığı bildirmişdi. Onun sözlərinə görə, bütün tibbi sənədlər Şəki Rayon Hərbi Komissarlığında mövcud olsa da, bir neçə aylıq süründürməçilikdən sonra komissarlığın Fikrət, Qəhrəman və Qorxmaz adlı əməkdaşları telefonla zəng edərək 7 yanvar 2026-cı il tarixində xəstə övladının hərbi xidmətə aparılacağını bildiriblər.
Ana hesab edir ki, Şəki Rayon Hərbi Komissarlığının insan taleyinə bu cür laqeyd və müəmmalı yanaşması, eləcə də verilmiş şübhəli qərar övladının sağlamlığını ciddi təhlükə altına atır.
protest.az məsələni aydınlaşdırmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.
Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, vətəndaşın rəsmi müraciəti ilə bağlı araşdırma aparılacaq və nəticələr barədə ona məlumat veriləcək.

Çox oxunanlar