Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqlənib.
protest.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sıra №-si | Tədbirin adı | İcraçı orqanlar | İcra müddəti |
| 1. | Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet olan sahələrə aid ixtisaslar üzrə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili | Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2025-2030 |
| 2. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2026-2030 |
| 3. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2025-2030 |
| 4. | Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi çərçivəsində elmi- tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2026-2030 |
| 5. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilən əcnəbi və yerli professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və tədris prosesinin nəticələrinin qiymətləndirilməsi | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | mütəmadi |
2
| 6. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramları çərçivəsində dövlət vəsaiti və ya öz vəsaiti hesabına təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılması, proqramların gələcək dayanıqlılığına dair mexanizmin hazırlanması | Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | mütəmadi |
| 7. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının icrasına, o cümlədən maliyyə vəsaitlərinin xərclənməsinə dair monitorinqlərin keçirilməsi | Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu | mütəmadi |
| 8. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin təhsil proqramlarının yenilənməsi və təkmilləşdirilməsi işinə cəlb edilməsi | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2026-2030 |
| 9. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor- müəllim heyəti ilə bağlı məlumatların idarə olunması məqsədilə ali təhsil müəssisələri ilə birgə yaradılmış elektron məlumat bazasının yenilənməsi | Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | mütəmadi |
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00