Türkiyə Ticarət Nazirliyi ölkə üzrə restoran, kafe, şirniyyat mağazaları və digər iaşə obyektlərində uzun müddətdir mübahisə doğuran əlavə ödənişlərlə bağlı mühüm dəyişikliklərə gedib. Belə ki, yeni qaydalara əsasən, müəssisələr müştərilərdən yalnız menyuda açıq və şəffaf şəkildə göstərilmiş qiymətlər əsasında ödəniş tələb edə biləcəklər.
Bununla da “servis ücreti”, “masa ücreti”, “adisyon ücreti” kimi əvvəllər tətbiq olunan məcburi əlavə haqlar qanunsuz hesab ediləcək.
Bu kontekstdə, ölkəmizdə də istehlakçıların hüquqlarının qorunması istiqamətində oxşar mexanizmlərin tətbiqi, servis haqqının ləğvi məsələsi aktuallaşır.
Mövzu ilə bağlı protest.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son 6 ildə Azərbaycanda restoran və digər ictimai iaşə müəssisələrində servis haqqının tətbiqi restoranlara gedən insanların narazılığına səbəb olan əsas amillərdən birinə çevrilib.
“Təcrübədə görürük ki, bəzi hallarda restoranlarda hətta 15 faizədək servis haqqı tələb olunur. Servis haqqı ilə bağlı məsələ heç bir qanunvericilik aktında tənzimlənməyib və bununla bağlı hər hansı qadağa da mövcud deyil. Dövlət orqanlarına müraciət edildikdə isə bildirilir ki, bu, sahibkarların öz fəaliyyət sahələrində sərbəst qərar vermək hüququdur”.
E.Hüseynovun sözlərinə görə, təəssüf ki, restoran və marketlər üçün sözügedən sahədə vahid qaydaların olmaması müəyyən özbaşınalıqlara səbəb olur:
“Sahibkarlar bəzən “toxunulmazlıq” prinsipindən sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar. Məsələn, bahalı müğənnilər dəvət olunur və bunun xərci əvvəlcədən xəbərdarlıq edilmədən müştərilərdən alınır.“Bu sahəyə nəzarət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin səlahiyyətinə daxil olmaqla yanaşı, qanun pozuntuları aşkarlandığı halda da Agentlik tərəfindən müvafiq cərimələr tətbiq edilir. Əgər servis haqqı əvvəlcədən göstərilibsə və menyuda qeyd olunubsa, istehlakçı seçim edərək müəssisəyə daxil olduğu üçün bundan imtina etməməlidir”.
Eyyub Hüseynov onu da əlavə edib ki, bununla belə, restoranlarda və şadlıq saraylarında başqa növ özbaşınalıqlar da müşahidə olunur:
“Məsələn, bəzi yerlərdə “face control” tətbiq edilir - müştərinin xarici görünüşü xoşlarına gəlmədikdə onu içəri buraxmırlar. Həmçinin, yanında xanım olmadan girişə icazə verilməməsi, dəniz mənzərəli masa üçün əlavə 20 manat ödəniş tələb edilməsi və digər bu kimi hallar mövcuddur.Bütün bunları nəzərə alaraq, müvafiq dövlət qurumlarının bu məsələləri sistemli şəkildə tənzimləməsi və istehlakçı hüquqlarının qorunmasını təmin etməsi zəruridir”.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00