Bu gün Azərbaycanda bir çox internet resurslarına girişdə ciddi çətinliklər yaşanıb. Xəbər portallarında, sosial şəbəkələrdə və müxtəlif onlayn xidmətlərdə fasilələr müşahidə olunub. Problemin səbəbi isə qlobal kibertəhlükəsizlik nəhənglərindən olan "Cloudflare" şirkətinin dünya üzrə şəbəkəsində yaranmış genişmiqyaslı texniki nasazlıq olub.
Şirkət vəziyyəti təsdiqləyərək bildirib ki, problem dünyanın müxtəlif regionlarında milyonlarla istifadəçiyə təsir göstərib. Azərbaycan da bu qlobal nasazlığın lokal təsirini yaşayan ölkələrdən biri olub. Nəticədə bir sıra saytlar açılmayıb, bəziləri isə çox gec yüklənib.
Rəsmi məlumatda xüsusi vurğulanır ki, məsələ nə yerli internet provayderləri, nə də ölkənin milli şəbəkə infrastrukturu ilə bağlı deyil. Çətinlik tamamilə "Cloudflare"in beynəlxalq sistemində meydana çıxan texniki səhvdən qaynaqlanıb.
Hazırda problem aradan qaldırılıb və saytlar normal fəaliyyətə qayıdıb.
protest.az xatırladır ki, 10 il əvvəl də eyni günlərdə internet çökmüşdü
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00