Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları daha da genişlənib. Artıq metropolitendə sərnişinlər turniketlərdən keçərkən NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartlarından, eləcə də “Apple Pay” və “Google Pay” kimi ödəniş sistemlərindən istifadə edə bilirlər. Bu yenilik paytaxtda nağdsız ödəniş ekosisteminin inkişafında növbəti mərhələ hesab olunur. Ekspertlər bildirirlər ki, gələcəkdə bu sistem əsasında məsafəyə görə fərqlənən gediş haqlarının tətbiqi də mümkün ola bilər.
Mövzu ilə bağlı protest.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, "Google Pay" və "Apple Pay"in testdən keçirilməsi, müxtəlif ödəniş növlərinin tətbiqinə aid olan məsələdir. O deyib ki, məsafəyə görə ödəniş və fərdi gediş tarifləri “Brutto müqavilə”lərinin tərkib hissəsi olmalıdır və bu sistem gələn ilin əvvəlindən etibarən artıq işə düşəcək.
“Sistem olaraq belə təkliflər, yəni gündəlik, aylıq bilet paketlərinin tətbiqi, güzəştli qrupların müəyyənləşdirilməsi və məsafəyə görə ödəniş mexanizmi mümkündür. Lakin bunun da öz fərqli nüansları var. Məsələn, dəmir yolunda olduğu kimi, həm girişdə, həm də çıxışda validasiya aparılmalıdır. Bunun üçün stansiyalarda texniki baxımdan xüsusi qurğular quraşdırılmalıdır ki, sərnişin gedişin əvvəlində və sonunda kartı vurduqda məsafəyə görə fərq hesablanıb ödəniş dəqiq müəyyən olunsun.
Lakin məsafəyə görə ödəniş sisteminin, əgər söhbət sırf metrodan gedirsə, yaxın zamanda onun tətbiqi real görünmür. Çünki, metro şəbəkəsi hələlik məhduddur və görüləcək işlər çoxdur, həm 58 illik mövcud infrastrukturun təkmilləşdirilməsi, eləcə də yeni xətlərin və stansiyaların tikilməsi qarşıda duran əsas vəzifələrdəndir”.
Ekspertin sözlərinə görə, sözügedən layihələr tamamlandıqdan sonra məsafəyə görə ödəniş məsələsinə baxmaq mümkün ola bilər, amma hazırda bu, real görünmür:Bununla yanaşı, “tranzit vaxtı” anlayışının, yəni bir nəqliyyat növündən digərinə 90 dəqiqə ərzində pulsuz keçid imkanının yaradılması da mümkündür və daha real hesab olunur. Bu sistem, bütün avtobusların nağdsız ödəniş sisteminə keçidindən sonra sözügedən mexanizm tətbiq oluna bilər”.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00