Yeni reabilitasiya mərkəzi bu klinikada açılacaq - YENİLƏNİB

Azərbaycanda açılacaq 3600 kvadratmetrlik reabilitasiya mərkəzinin “Yeni Klinika”da olacağı nəzərdə tutulur. 
protest.az xəbər verir ki, bu fikirləri TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev  II “Azərbaycan Sağlamlıq Turizmi Konfransı" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin mərkəzin açılışı yaxın zamanda baş tutacaq. 
“Burada müalicə üçün robotik üsullardan istifadə planlaşdırılır. Qafqazda ilk dəfə bu böyüklükdə mərkəz bizim tərəfimizdən təqdim olunacaq”. 
Qurum rəsmisi həmçinin əlavə edib ki, belə mərkəzlərin regionlarda da açılaması, bu xidmətlərin bölgələrdə də göstərilməsini planlaşdırılır.

Çox oxunanlar