Prezident İlham Əliyev ötən həftə “2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, bu il tələbə adını qazanmış 102 nəfərə Prezident təqaüdü veriləcək.
protest.az-ın məlumatına görə, bu il Prezident təqaüdünə layiq görülən 102 tələbədən 16-sı Bakı Dövlət Univerisetinin 1-ci kursunda oxuyur. Onların hamısı Hüquq fakültəsinə qəbul olunan gənclərdir.
Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.
Bu il Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü belədir:
Bakı Ali Neft Məktəbi – 36 nəfər
Azərbaycan Tibb Universiteti – 26 nəfər
Bakı Dövlət Universiteti – 16 nəfər
ADA Universiteti – 13 nəfər
Dövlət İdarəçilik Akademiyası – 5 nəfər
Azərbaycan Dövlət İqtisad Universiteti – 4 nəfər
Xüsusi təyinatlı ali təhsil müəssisələri – 1 nəfər
Naxçıvan Dövlət Universiteti – 1 nəfər.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00