Bir başa mətləbə keçirəm. Yay mövsümü ilə əlaqədar qazlı və mineral sular, limonad və energetik içkilərin satışı artıb. Ciyəri susuzluqdan yanan insanlar belə vaxtlarda aldığı mayenin keyfiyyətinin fərqinə baxmadan şüşədəki suyu çox vaxt elə kassanın yanında başına çəkib "oxxay, lənət yezidə" deyir. Və çox təəssüf ki, bundan istifadə edən işbazlar millətə saxta və zərərli içkiləri soxuşdurmaqla məşğul olurlar. 
***
Bu gün bir neçə iri marketlər- "Bazarstor", "Bravo", "Bolmarket" istisna olmaqla, əksər marketlərdə saxta sular geninə-boluna satılır. Mən hələ küncdə-bucaqda fəalliyyət göstərən kiçik ticarət nöqtələrini qoyuram bir kənara. Və bu məsələdə ən qəribəsi budur ki, AQTA- Qida təhlükəsizliyi agentliyi, bir yana, heç yerli distribüterlər belə bunu görməzdən gəlirlər. Yaxşı, indi "Badamlı", "Sirab", "Banaqua", "Mor-mor", "Qax suyu" və digərlərini qoydum bir yana. Bəs kənardan idxal olunan "Barjomi", "Nabeqlavi", " Narzan", "Yessentuki" və digər brend məhsulların nümayəndəlıkləri hara baxır?, bu biabırçılıqlara niyə göz yumurlar? Eyni sözü marketlərdə satılan araq, çaxır, pivələrə də aid etmək olar. Mən hələ müxtəlif növ ət, şirniyyat məhsulları, şampun və. s demirəm. Bir daha sual edirəm: AQTA hara baxır? Millətin zəhərlənməsinə niyə göz yumur? Axı az qala hər gün sosial şəbəkələrdə özündə bu saxtakarlığı ehfiva edən neçə-neçə videolar paylaşılır. Ancaq biz yalnız ayda-ildə bir dəfə hansısa Şadlıq sarayında keçirilən reydlərdən başqa bir şey görmürük. O da ki, hansısasa "adamı" olmayan saray, kafe, restoranlardan ibarət olur. Niyəsi də məlum. 
Bir faktı da nəzərinizə çatdırım. Bu günlərdə evimizə qonaq gələn biriisi, marketdən bərli-bəzəkli qabı və etiketi olan "gürcü limonadı" alıb gətirmişdi. Süfrəyə qoyulanda ilk növbədə uşaqlar süzüb içdi. Alıb üzərinə baxıram. (əvvəla qeyd edim ki, etiketdə yazılanları heç eynəklə belə oxumaq mümkün deyil. Skrin edib, böyüdəndə güclə oxunur). Oxuyanda məlum olur ki, bu limonad Gürcüstanın hansısa Misxetskiy rayonunun Nataxtari kəndində istehsal olunur. (çox güman ki yerli azərbaycanlılardı). İdxalçı isə "OBA market" MMC-dir. Saxta və keyfiyyətsiz mal satışında ad çıxarmış həmin "OBA Market). Deməli şüşə üzərində yazılanlardan belə məlum olur ki, bu limonadın, öz keyfiyyəti ilə həmişə fərqlənən gürcü limonadları ilə heç bir əlaqəsi yoxdur. Adını "gürcü limonadı" qoymaq yalnız alıcını aldatmağa xidmət edir.
***
Diqqət edin. Deməli bu "limonad" adlanan məhsulun tərkibində bir dənə də olsun "təbii" bir şey (yazılmayıb) yoxdur. Hamısı zərərli aromatizator və konservantlardan ibarətdi. Təsəvvür edin ki, istehsalçı!!! özü qeyd edib ki, "TƏRKİBİNDƏ UŞAQLARIN AKTİVLİYİNƏ VƏ DİQQƏTİNƏ MƏNFİ TƏSİR EDƏN RƏNGLƏYİCİ VAR". Və bir daha təkrar edirəm: bunu istehsalçı sirkət özü yazıb; hansısa Qida təhlükəsizliyinə baxan təşkilat yox. Bu qəbildən yazılar yalnız siqaret qutusu üzərinə yazılır. 
***
İndi görün bu içkinin tərkibi nə dərəcədə təhlükəlidir. Və bunu da niyə yazıblar- bilirsiz? Ona görə yazıblar ki, sabah bir uşaq zəhərlənəndə desinlər ki, "biz etiketdə yazıb, xəbərdarlıq etmişik". Və özünə bəraət qazandırıb, yaxasını çəksin kənara. Neçə ki, hospitallarda bunu həkimlər əməliyyatla gedərkən xəstə sahiblərinə müvafiq sənədə qol çəkdirilər ki "xəstə ölsə və ya şikəst qalsa məsulliyət daşımırıq". Ona görə də dostlar, aldığınız içki və qida məhsullarına diqqət yetirin.
Onsuz da bizimki qalıb Allaha..
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30