Cənab prezidentin tapşırığına əsasən, ölkənin bir çox sahələrində olduğu kimi Ədliyyə Nazirliyinin Penitensiar xidmətində də islahatlar rəhbərlik tərəfindən uğurla davam etməkdədir. Sözügedən xidmətin müəssisələrində qarşıya qoyulan işlərin icrası həyata keçirilərkən, qeyd etmək olar ki, 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki cənab Mehman Əliyev, Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru cənab Mirsaleh Seyidovun etimadını hər zaman doğruldaraq, öz xidmətində layiqli və nümunəvi işlər icra etməkdədir. Müəssisə daxilində yenidənqurma, yaşıllaşdırma və abadlıq işləri müəssisə rəisinin tapşırığına əsasən icra olunur.
Həmçinin, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüklədilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, cəzaçəkmə müəssisəsində məhkumların peşə təhsilinə həvəsləndirilməsi və təkrar cinayətə yol verməməsi məqsədilə, keyfiyyətli təhsilin həyata keçirilməsi müəssisə rəhbərlərinin diqqət mərkəzindədir.
Uzun illər bu sistemdə nümunəvi xidməti ilə fərqlənmiş, xidməti dövründə gizli qalan bir sıra cinayətlərin açılması məqsədilə, apardığı axtarış əməliyyatlarında fəaliyyəti uğurla nəticələnmiş, 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki cənab Mehman Əliyevin 28 iyun tarixində 50 illik yubileyi münasibətilə onu redaksiyamız adından ürəkdən təbrik edir, möhkəm cansağlığı və işlərində böyük uğurlar arzu edirik.
Mehman Əliyev vətənini, dövlətini sevən, dövlətçilik ənənələrini daima yaşadan, savadı, mədəniyyəti və yüksək əxlaqi keyfiyyətləri ilə seçilən ziyalılardandır. O, illərdir öz peşəsini ləyaqətlə, vicdanla yerinə yetirir, bu şərəfli peşənin müqəddəsliyini qoruyub saxlayır.
Bu çətin, məsuliyyətli eyni zamanda şərəfli yolda ona hər zaman belə əzmli, möhkəm dayanmağı arzu edirik.
Bir daha təbrik edirik, səsiniz daima yüksəklikdən gəlsin.
100 yaşayın, sağlam yaşayın, cənab polkovnik!
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00