Generalın qardaşı da general OLDU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Onlardan biri Elnur Kazımovdur.
protest.az-ın məlumatına görə, Elnur Kazımov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, o, Ədliyyə general-mayoru Rasim Kazımovun qardaşıdır. O, 2022-ci ilədək hərbi prokurorun müavini olub.
R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Xəbər lenti
Çox oxunanlar