Paytaxtda qurbanlıq heyvanları bu qiymətə SATIRLAR

İyunun 6-7-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Bayramla əlaqədar paytaxtın müxtəlif yerlərində xırdabuynuzlu qurbanlıq heyvanların satışı təşkil olunub.

protest.az-ın əməkdaşı Bakıdakı bir sıra satış yerlərinə baş çəkərək, qurbanlıq heyvanların qiymətilə maraqlanıb.

Məlum olub ki, əksər yerlərdə qurbanlıq heyvanların diri çəkisinin 1 kq-ı 11 manata satılır. Qurbanlıq qoç və toğlunun kəsilib doğranmış ətinin 1 kq-nı isə 22 manata satırlar.

Satış yerlərindəki alıcılar qurbanlıq heyvanların bahalaşdığını bildiriblər.

Xəbər lenti
Çox oxunanlar