“Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürdü: bəzi blogerlər üçün qızıl dövr bitdi. Blogerlərin bazar payı nə qədərdir, yeni qanunun tətbiqində blogerlər və sosial media üçün risklər varmı? Reklam haqqında qanuna dəyişikliklər təsdiqlənib. Artıq sosial mediada reklamla məşğul olan influenserlər və blogerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib”.
protest.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz reklamla bağlı qüvvəyə minən yenilikləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, bloger reklam paylaşımında mütləq açıq şəkildə “reklam” və ya “sponsorluq” sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi açıqlamamalı, sifarişçi haqqında məlumatlar verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır və s.
Ekspert “Blogerlər çoxdurmu, nə qədər qazanırdılar, bu bazarın həcmi nə qədərdir?” sualına da aydınlıq gətirib: “Azərbaycanda əsasən “Meta” (“İnstagram”, “Facebook” və s.) və “Google” (“Youtube” və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir. Son dövrlərdə “TikTok” da bu bazardan xeyli pay qopardır.
Azərbaycanda bu sektorda məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır. Sosialda az sayda bloger var ki, bu fəaliyyətdən aylıq 50 min manatdan yuxarı dövriyyəsi ola bilər.
Ümumiyyətlə isə qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlayır. Bir kampaniya üçün ortalama 500-1500 manat, hətta 10-15 min manat alan blogerlər də var.
Əksəriyyət isə elə də böyük pullar qazanmır. Yeri gəlmişkən, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb. Bu rəqəm getdikcə artacaq. Baxmayaraq ki, bir neçə gün öncə bir dəfə də olsun auditi keçirilməyən, hesabatlılığı olmayan, TV-lərin reytinqini ölçən “Marsa Azərbaycan” media üçün reallığı əks etdirməyən başqa data açıqlayıb. Bu isə başqa bir müzakirə mövzusudur.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00