Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov vaxtından əvvəl azadlığa buraxılıb.
protest.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yerli məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.
Qərara əsasən, onun qalan 1 il 2 aylıq həbs cəzası şərti hesab edilib, cəzaçəkmə müəsisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Vüqar Səfərli və Nadir Məmmədov 2021-ci ilin yanvarında həbs edilib. Vəzifə cinayətlərində təqsirli bilinən V.Səfərli yekun olaraq 10 il 6 ay, N.Məmmədov 5 il 6 ay azadlıqdan məhrum edilib. Bu iş üzrə yalnız adları çəkilən şəxslər həbslə cəzalandırılıb, digərlərinə şərti cəza verilib.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00