Süni intellekt və avtomatlaşdırma texnologiyaları artıq bir çox sahədə ciddi irəliləyişlər göstərib. Gələcəkdə bir çox peşə və işlər robotlar və alqoritmlər tərəfindən əvəz oluna bilər. Bununla yanaşı, süni intellektin hansı sahələrdə işçiləri əvəz edəcəyini daha yaxşı başa düşmək üçün cari inkişafları nəzərdən keçirmək olar.
Bu fikirləri protest.az saytına informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev söyləyib.
Ekspert qeyd edib ki, çoxsaylı istehsal xətləri artıq avtomatlaşdırılıb və bu tendensiyanın artacağını müşahidə etmək mümkündür.
“Robotlar əsasən, məhsul yığma, keyfiyyətə nəzarət və malın daşınma kimi işləri idarə edə bilər. Artıq bu istiqamətdə yenilikləri də görmək mümkündür. Avtonom avtomobillər, yük maşınları və digər nəqliyyat vasitələri nəqliyyat və çatdırılma işlərini əvəz edə bilər”.
Bəhruz Əliyev deyib ki, avtomatlaşdırılmış sürücülük sahəsində də inkişaf sürətlənib və yaxın gələcəkdə daha da genişlənəcəyini gözləmək olar:
“Eyni zamanda, avtomatlaşdırılmış anbarlarda robotlar vasitəsilə mal yığımı, yer dəyişdirmə və paketləmə işləri həyata keçirilə bilər. Süni intellekt hətta xəstəliklərin diaqnozu və müalicə planlarının hazırlanmasında artıq həkimlərə kömək edir. Növbəti illərdə daha çox diaqnostika alətləri tibb mütəxəssislərinin iş yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Həkimlərin robotik cərrahiyyə alətləri ilə işlərini daha dəqiq və effektiv şəkildə yerinə yetirməsi mümkündür.
Eyni zamanda, gələcəkdə yaşlılar və xüsusi ehtiyacları olan insanlar üçün robotlar tərəfindən verilən qayğı və dəstək mümkün ola bilər.
Bank müştəriləri ilə əlaqə və kredit dəyərləndirilməsi kimi işlərdə artıq dünyada süni intellektdən istifadə edirlər. Növbəti illərdə bu alqoritmlər daha da irəliləyəcək və daha çox iş avtomatlaşdırılacaq. Müştəri xidmətləri sahəsində chatbotlar və virtual müştəri xidməti assistentləri daha çox vəzifəni idarə edə bilər. Artıq müəllimlərin işini dəstəkləyən və şagirdlərə fərdi tədris planları təklif edən təhsil platformaları geniş yayılıb. Həmçinin, şagirdlərin nəticələrini izləyən və onlara məlumat verən alqoritmlərin olması qaçılmazdır”.
Mütəxəssis deyib ki, yaradıcı sahələr daha çox insan təxəyyülü tələb edir, amma süni intellekt dizayn, rəssamlıq, musiqi kompozisiyası və hətta yazı yazma işlərində müəyyən vəzifələri yerinə yetirə bilər.
“Süni intellekt musiqi, şəkil və yazı yarada bilir. Süni intellekt artıq jurnalistikanın bəzi sahələrində məqalələr yazmaq və xəbər hazırlamaq işlərini yerinə yetirə bilir. Bu sahədə inkişaf nəticəsində daha çox xəbər yazarı yerinə avtomatlaşdırılmış sistemlər işə cəlb edilir.
Bundan əlavə, bəzi ölkələrdə robotlardan restoranlarda yemək hazırlamaq, servis etmək və müştəri xidmətləri təklif etmək üçün istifadə olunur. Şirkətlər müştəri əlaqələrini avtomatlaşdırmaq və müştəri məlumatlarını analiz edərək daha effektiv marketinq strategiyaları hazırlamaq üçün süni intellektdən geniş istifadə edir”.
Müsahibimiz bildirib ki, hüquqi sahədə belə bunun təsirlərini görmək mümkündür.
“Hüquqşünaslar üçün çox vaxt aparan sənədlərin analiz edilməsi tələb olunur. Süni intellekt bu tip məsələlərdə insan hüquqşünaslara kömək edə bilər. Eyni zamanda, süni intellekt hüquq-mühafizə orqanlarına cinayətləri proqnozlaşdırmaq və təhlil etmək üçün bəzi alətlər təqdim etməyə başlayıb.
Lakin gələcəkdə yaradıcılıq, empatiya, strategiya qurma kimi insan bacarıqları tələb edən sahələrdə insanlar hər zaman üstünlük təşkil edəcək. Bu texnologiyalar bir çox sahələrdə insanların işini asanlaşdıracaq və yeni iş imkanları yaradacaq, lakin bəzi ənənəvi peşələr çox güman ki, azalacaq və ya tamamilə dəyişəcək”.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00