Ana üç övladından başqa kişiyə görə imtina edibmiş - TƏFƏRRÜAT - YENİLƏNİB

Ötən gün övladından imtina edən ana "TikTok" sosial şəbəkəsində tanış olduğu şəxsin yanına getmək üçün əvvəlcə uşaqlarını ruhi sağlamlıq problemi olan atalarının yanında qoyubmuş.
protest.az xəbər verir ki, bu barədə məlumatı İctimai Birliyin rəhbəri Mehriban Zeynalova bildirib.
Daha sonra atanın onlara baxa bilməyəcəyini anlayaraq övladlarını sığınacağa gətirib.
Uşaqların bir müddət sığınacaqda qaldıqdan sonra körpələr evinə təhvil veriləcəyi gözlənilir.
Qeyd edək ki, böyüyün 12, digərlərinin 11 və 3 yaşı olan uşaqlar "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.
***
Azərbaycanda daha bir ana üç övladından imtina edib. Böyüyünün 12, digərlərinin 11 və 3 yaşı olan uşaqlar "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.
Ölkə.az xəbər verir ki, bu barədə məlumatı İctimai Birliyin rəhbəri Mehriban Zeynalova bildirib. Onun sözlərinə görə ana daha əvvəl də üç övladını Sosial Xidmətlər Agentliyinin nəzdində olan uşaq evlərindən birinə yerləşdirib. Sonradan uşaqlarını götürmək qərarına gələn ana azyaşlılara bir müddət özü baxıb. Övladları ilə yola getməyən, ünsiyyət qurmaqda çətinlik çəkən qadın yenidən övladlarını sığınacağa gətirib:

"Uşaqlar ananın sözünə baxmırlar. Ananın da uşaqlara baxmağa imkanı yoxdur. Həyat yoldaşı ruhi xəstədir, özü isə evlərdən birində dayə kimi çalışır. Bir müddət övladlarını özü ilə işə aparsa da, sonradan ev sahibi narazılığını bildirib. Uşaqlar hazırda sığınacağımızdadırlar. Onları müayinə etmişik, birində evdəki davranışlardan və ya qorxudan kəkələmə yaranıb. Amma uşaqların heç biri fiziki təzyiqə məruz qalmayıb. Onlar sığınacaqda qaldıqları müddətdə onlara psixoloji dəstək göstəriləcək, təhsilləri bərpa olunacaq və ehtiyacları sığınacaq tərəfindən qarşılanacaq", - deyə Mehriban Zeynalova qeyd edib.

Xəbər lenti
Çox oxunanlar