Bu gün 29 dərəcə isti olacaq

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
 
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
 
Milli Hidrometeorologiya Xidmətindənm protest.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
 
Azərbaycanın rayonlarında hava necə olacaq?
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 7-12° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 18-23° isti olacaq.

Çox oxunanlar