Azərbaycanda son illərdə psixoloqa müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Bunu protest.az-la söhbətində psixoloq Nizami Orucov açıqlayıb.
Psixoloq bunu mental sağlamlıq mövzusuna artan maraq və insanların psixoloji problemləri ilə bağlı kömək axtarması ilə izah edir.
Onun sözlərinə görə, sosial mediada və mətbuatda psixoloji sağlamlıqla bağlı məlumatların, rekalamların yayılması artıma səbəb olub. Həmçinin pandemiyadan sonra stress, depressiya və təşviş pozuntuları ilə bağlı müraciətlərin çoxaldığı bildirilir.
Psixoloqların fikrincə, insanların əvvəlki illərlə müqayisədə daha açıq şəkildə psixoloji problemlərini dilə gətirməsi və dəstək axtarması müsbət bir tendensiyadır. Bununla belə, bəzi ailələr və yaşlı nəsil hələ də psixoloqa getməyi zəiflik kimi qəbul edir və bu, bəzi insanların yardım almağa tərəddüd etməsinə səbəb olur.
Nizami Orucov bildirib ki, ölkənin mövcud psixoloji vəziyyətinə nəzər salsaq, nəticə tam ürəkaçan deyil:
“Çətinləşən həyat şərtləri, dəyərlərin itirilməsi, insanların öz aralarıdaki münasibətlərdə psixoloji şiddət göstərməyə meyilli olmaları, həyat keyfiyyətinin mənəvi olaraq aşağı olmasını göstərə bilərik. Məhz buna görə psixoloqlara müraciət sayının artmasını qeyd etmək olar. Bəli, bir baxımdan sevindirici haldır ki, insanlar öz psixoloji vəziyyətlərinə etinasız yanaşmırlar, bunun üçün yatırım edirlər”.Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00