“TikTok”da vətəndaşlar haqqında rüsvayedici məlumatlar yayılır - DİN HƏRƏKƏTƏ KEÇDİFOTO

“TikTok” sosial şəbəkəsində vətəndaşlar haqqında rüsvayedici məlumatlar paylaşan səhifə haqqında araşdırma başlayıb.
protest.az xəbər verir ki, “TikTok” sosial şəbəkəsində “aydan.quluzadə” adlı profildən vətəndaşlar haqqında rüsvayedici məlumatlar paylaşılır.
Həmçinin, eyni şəxslər instaqramda “lala_cavanova” adlı profildən oxşar paylaşımlar edirlər.
Sosial şəbəkə istifadəçisi olan şəxslərin özəl fotoları (xüsusilə toy fotoları), videoları adı çəkilən səhifələrdə təhqiredici formada təqdim edilir.
Musavat.com bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, qeyd edilən məsələ araşdırılır.

Xəbər lenti
Çox oxunanlar