Azərbaycan Bakıdakı “Rus Evi”-nin bağlanması tələbilə çıxış edənə qədər ölkəmizdə çoxları bu qurumun paytaxtımızda nə işlə məşğul olmasından o qədər də xəbərdar olmayıb. Onun tabe olduğu “Rossotrudniçestvo” isə rəsmi açıqlamalarında bildirib ki, qurumun əsas missiyası “Rusiyanın dünyada humanitar təsirini gücləndirməkdir”.
Təşkilat iddia edir ki, onun işi guya yalnız humanitar əməkdaşlıq, mədəni və təhsil mübadiləsini inkişaf etdirməkdən ibarətdir…
Ancaq məlum olur ki, reallıqda “Rus Evi”-nin əsas missiyası dünya və Azərbaycan mediasının da qeyd etdiyi kimi, təkcə casus-kəşfiyyat yuvası rolunu oynamaq yox, həm də onun imperiya siyasətinə, işğalçılıq müharibələrinə yönələn və Azərbaycan da daxil olmaqla, yerləşdiyi ölkələrin ümumi siyasi xəttinə zidd, ziyanlı təbliğat aparmaqdır.
Belə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını dəfələrlə bəyan edərkən, Azərbaycan əhalisinin böyük əksəriyyəti bu müharibədə Ukraynanın haqlı mübarizəsini dəstəkləyərkən, rəsmi Bakı işğala məruz qalmış bu ölkəyə dəflərlə böyük humanitar yardımlar göndərərkən, ölkəmizin paytaxtındakı “Rus Evi” Ukraynaya qarşı işğalçılıq müharubəsini vəsf və təbliğ edən tədbirlər keçirib.
“AzPolitika” xəbər verir ki, məsələn, 2024-cü ilin noyabrında Bakıda “cəbhə rəssamı” Yuliya Tolstousovanın “ZOV”(çağırış-red.) adlı sərgisi təşkil edilib. Ziyarətçilərə “əsl qəhrəmanlar”ın – yəni, Ukraynaya qarşı döyüşən işğalçı əsgərlərin portretləri nümayiş etdirilib və onların “hekayələri” danışılıb.
Bundan əvvəl isə 2024-cü ilin iyununda Bakıdakı “Rus Evi”ndə Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinə “Donbasın gənc könüllüləri” filmi nümayiş etdirilib. Film “Ukrayna böhranı kontekstində gənc nəslin rolundan” bəhs edir. Film həmçinin, Kremlin çirkin təbliğatçılarından olan Marqarita Simonyanın “Russia Today” kanalında da dərc olunub. Görəsən, doğrudanmı Azərbaycan gənclərinin belə bir separatizm və işğal təbliğatı aparan filmə baxması lazım idi?
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
27-06-2025, 18:00