Rusiyanın Ukraynaya təcavüzünün başlamasından bir il dörd ay keçir. “Xüsusi hərbi əməliyyat” nəinki sürətli və müzəffər olmadı, əksinə, uzun sürən, qanlı müharibəyə çevrildi.
Bəs Rusiyada bu müharibə nə dərəcədə populyardır, hökumətdə və cəmiyyətdə nə baş verir? Rusiyalı polittexnoloq, siyasi elmlər namizədi Abbas Qallyamov bununla bağlı Oxu.az şərh verib.
Onun sözlərinə görə, Rusiya cəmiyyətində müharibənin populyarlığı uğurun dərəcəsi ilə düz mütənasibdir, bu səbəbdən getdikcə azalır:
“Hazırda maksimum uğuru “biz hələ sınmamışıq”la ifadə etmək olar. Bu düsturu Rusiya təbliğatının hazırda nə ilə öyündüyü təsvir edir: Ukraynalılar müdafiəmizə soxula bilmirlər, sadəcə, “boz zona”ya daxil olublar, nə olsun ki, cəmi bir neçə kəndi geri alıblar və s. Bu, ilyarım əvvəl tamamilə ağlasığmaz bir şey sayılardı. Həmin vaxt hakim fikir o idi ki, Rusiya ordusu iki-üç günə Kiyevi alacaq. Rusiyada optimistlər Ukraynanın iki gün, pessimistlər isə dörd gün dayana biləcəyinə inanırdılar. Heç kim təsəvvür edə bilməzdi ki, Rusiya özünü müdafiə etməli, həm Belqorodu, həm də Bryanskı qorumalı olacaq”.
Siyasətçi özünü doğrultmayan şişirdilmiş gözləntilərin məyusluğa, insanların hökumətyönümlü düşərgədən axınına səbəb olduğunu burğulayıb:
“Eyni zamanda, sülhə, normallaşmaya tələb artır. Rusiyada insanlar artıq qələbəni arzulamırlar da. Onların ən çox istədikləri nəyin bahasına olursa-olsun bütün bunların tez bitməsidir. Hətta Donbas və Krımın Ukraynaya qaytarılması da narazılığın dərhal, ya ciddi artmasına səbəb olmayacaq. Bəli, gileylənəcəklər, amma yenə də hakim emosiya bir rahatlıq hissi olacaq. İnsanlar bu anormal vəziyyətdən yorulublar, təkcə müharibədən deyil, onunla gələn hər şeydən – sanksiyalardan, həyat səviyyəsinin düşməsindən, qeyri-sabitlikdən beziblər”.
O, bununla belə, insanların bir neçə ay, ya yarım ildən sonra tez-tez geriyə baxacağını və “bu nə idi?”, “nəyə lazım idi?” kimi suallar verəcəklərini bildirib. Politoloqun sözlərinə görə, beləliklə, hakimiyyət qeyri-legitimləşdiriləcək, Rusiya Prezidenti Vladimir Putinin reytinqi, demək olar ki, sıfıra enəcək.
“Bir də ki, əgər “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Federasiyasının Müdafiə Nazirliyini, Prezident Administrasiyasını lənətləyə bilirsə - bu, hər nədirsə, Rusiyada sabitliyin təzahürü deyil”, - deyə A.Qallyamov sözlərini yekunlaşdırıb.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
26-06-2025, 18:00