Mingəçevirdə orta məktəb binası yandı

Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin binasında yanğın olub.
"Protest" xəbər verir ki, yanğın təhsil ocağının istifadə edilməyən korpusunda qeydə alınıbHadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (FHN DYMX) Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, alovun ətrafa yayılmasının qarşısı alınıb.
Hadisənin başvermə səbəbi araşdırılır.

Xəbər lenti
Çox oxunanlar