Xəbər verdiyimiz kimi, Bakının böyük ticarət mərkəzlərindən biri - "Tamstore" mağazalar şəbəkəsinin əməkdaşının ağır xəsarət alması ilə nəticələnən lift qəzası baş verib. Hadisədən sonra bəlli olub ki, lift qəzalı olduğundan ticarət mərkəzinin rəhbərliyinə xəbərdarlıq edilməklə qurğudan istifadə rəsmi qurumlar tərəfindən qadağan olunub.
Sirr deyil ki, paytaxt Bakıda belə qəzalı liftlər çoxdur. Xüsusən də sovet dövründə və ondan az sonra tikilmiş binalarda. Bəs çıxış yolu nədir? Problemi necə həll eləmək olar? Əsas məsuliyyəti kimin üzərindədir?
Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, liftlər təhlükə potensiallı obyektlər hesab olunduğu üçün onların istismarı və texniki qulluğu qaydalarla çox ciddi şəkildə tənzimlənir: "Bu sahədə konkret məsuliyyət bölgüsü müəyyən olunub. İntensiv istifadə olunan yaşayış, ticarət obyektlərində və yaşayış binalarında liftin gündəlik təhlükəsiz işləməsini təmin etmək, müntəzəm texniki baxış keçirtmək və nasazlıq aşkar olunduqda qurğunun fəaliyyətini dərhal dayandırmaq birbaşa obyekti idarə edən tərəfin, yəni sahibkarın və ya rəhbərliyin öhdəliyidir.
Müvafiq dövlət nəzarəti qurumları tərəfindən mütəmadi liftlərlə bağlı yoxlamalar aparılır. Liftin istismarında hər hansısa bir təhlükəli vəziyyət göründükdə onun fəaliyyəti dərhal dayandırılmalıdır.
Liftlərin təhlükəsizliyi sahəsində mövcud problemlərin köklü həlli, insan amilindən qaynaqlanan səhvərin və sui-istifadə hallarının minimuma endirilməsi məqsədilə dövlət tərəfindən rəqəmsallaşma və nəzarət mexanizmləri formalaşdırılır. Belə ki, lift təsərrüfatının idarə edilməsində şəffaflığı təmin edən ən mühüm yeniliklərdən biri istifadəyə verilmiş "MyLift" platformasıdır. Bu innovativ platforma həm lifti istismar edən müəssisələr, həm də liftdən istifadə edən vətəndaşlar üçün vahid və rahat nəzarət mühiti formalaşdırır".
Ekspert qeyd edib ki, platforma vasitəsilə liftlərin son texniki xidmət tarixləri, mövcud istismar vəziyyəti və digər vacib məlumatlarla tanış olmaq mümkündür: "Həm müəssisələr, həm də vətəndaşlar liftlərin texniki pasportunu, növbəti baxış tarixini, təmir tarixçəsini və dövlət qurumlarının rəsmi rəylərini onlayn rejimdə izləyə bilərlər. Bu da öz növbəsində texniki qulluğun vaxtında həyata keçirilməsini təmin edir".
Orxan Musayev vurğulayıb ki, xüsusilə Sovet dövründə inşa edilmiş yaşayış binalarında istismar müddətini başa vurmuş liftlərin mövcudluğu ciddi problem olaraq qalır: "Bu liftlər hər an qəza vəziyyəti yaradaraq insanların həyat və sağlamlığına ciddi təhlükə yarada bilərlər. Ona görə də istismar müddəti bitmiş liftlərin yeni liftlərlə əvəz olunması üzərində işlər aparılmalıdır. İstismar üçün yararsız hesab edilən liftlərin istifadəsinə yol verilməməlidir. Bu sahədə həm mənzil tikinti kooperativləri, həm vətəndaşlar, həm də mənzil istismar sahələri tərəfindən birgə kompleks yanaşma aparılmalıdır".
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
6-07-2026, 18:00