Azərbaycanda kitabxanaların və bu sahədə çalışan işçilərin sayı azalıb.
protest.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il ölkədə fəaliyyət göstərən kütləvi kitabxanaların sayı 2914-dən 2907-yə enib.
Statistikaya əsasən, kitabxanalarda çalışan işçilərin sayında da azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə bu sahədə 6978 nəfər çalışdığı halda, 2025-ci ildə onların sayı 6637 nəfərə düşüb. Beləliklə, bir il ərzində kitabxana işçilərinin sayı 341 nəfər azalıb.
Oxucu aktivliyində də geriləmə müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, kitabxanalardan istifadə edən oxucuların sayı və oxuculara verilən kitabların həcmi əvvəlki illə müqayisədə azalıb. Verilən kitabların sayı 25,6 milyondan 24,5 milyona enib.
Bununla yanaşı, kitabxana fondunun həcmi artmaqda davam edib. Statistikaya görə, kitabxanalarda saxlanılan nəşrlərin ümumi sayı əvvəlki illə müqayisədə yüksəlib.
Kitabxanaların texniki vəziyyəti ilə bağlı rəqəmlərdə isə göstərilir ki, hazırda Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 735 kitabxananın əsaslı təmirə ehtiyacı var. Bu, ölkədəki kitabxanaların 25,5 faizini təşkil edir. Eyni zamanda, 70 kitabxana qəzalı vəziyyətdədir.
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30