Talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçıların hərbi xidmətə yararlılığı məsələsinə aydınlıq gətirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən protest.az-a verilən məlumatda bildirilib ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, talassemiya xəstəliyinin gen daşıyıcısı olan şəxslər hərbi xidmətə yararlı hesab edilirlər.
Belə ki, Əsasnamənin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun olaraq, “talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı sayılırlar.
Qeyd edək ki, hərbi xidmətə yararlılıq dərəcələri çağırışçıların sağlamlıq vəziyyətinə uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Talassemiya gen daşıyıcılığı isə mövcud qaydalara əsasən şəxsin hərbi xidmət keçməsinə maneə yaradan hal hesab olunmur.
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00