Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov Polşanın ona verdiyi “Qızıl Zabit Xaçı” ordenindən imtina etdiyini bildirib.
protest.az xəbər verir ki, Budanov bu barədə Facebook səhifəsində yazıb.
“Təəssüf ki, Polşa prezidenti Karol Navroski xalqımıza qarşı qeyri-dost addım ataraq Ukrayna Prezidentinə əvvəllər təqdim edilmiş “Ağ qartal” ordenini geri aldı. Şübhəsiz ki, bu, Moskva təcavüzkarına verilmiş bir hədiyyədir və o, bundan mütləq hər iki ölkəyə qarşı istifadə edəcək”, – deyə Budanov vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna və Polşa xalqlarını uzunmüddətli münasibətlər və mürəkkəb tarixi səhifələr birləşdirir. Lakin bu, “kobud siyasi manipulyasiyalar” üçün deyil, tarixin dərindən dərk edilməsi və obyektiv qiymətləndirilməsi üçün əsas olmalıdır.
Budanov Ukraynanın bu hadisəyə öz qiymətini verəcəyini, lakin bütün müttəfiqləri ilə açıq tərəfdaşlıq prinsiplərinə sadiq qalmağa davam edəcəyini bildirib.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00