Sevgi və qayğının insan sağlamlığına təsiri uzun illərdir araşdırılır. Xüsusilə stress və emosional vəziyyətin ürək-damar xəstəlikləri ilə əlaqəsi həkimlərin diqqət mərkəzindədir. Mütəxəssislər bildirirlər ki, insanın psixoloji vəziyyəti ürəyin fəaliyyətinə birbaşa təsir göstərə bilər.
Mövzu ilə bağlı açıqlama verən Referans Mərdəkan Hospitalının kardioloqu Samir Əsgərov bildirib ki, sevgisizlik və davamlı stress ürək-damar xəstəlikləri riskini artıran əsas faktorlardan biridir:
“İnsan orqanizmi nə qədər çox stress altında olursa, ürək-damar xəstəlikləri və infarkt riski də bir o qədər yüksəlir. Bunun əsas səbəbi stress zamanı ifraz olunan kortizol hormonudur. Kortizol damarları daraldır, qan laxtalanmasını artırır və nəticədə ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərir”.
Həkimin sözlərinə görə, xoşbəxt münasibətlər və emosional bağlılıq isə əksinə, ürək sağlamlığını qoruyur:
“Araşdırmalar göstərir ki, sevgi və qayğı insan orqanizmində oksitosin hormonunun səviyyəsini artırır. Oksitosin stress hormonunu azaldır, ürək-damar sistemini qoruyur və hətta damar divarlarında yığılan yağ və xolesterinin azalmasına təsir edir”.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00