Bu ilin ilk 3 ayında 383 Azərbaycan vətəndaşı xarici ölkə vətəndaşları ilə ailə həyatı qurub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin ilk 3 ayı ərzində isə bu cür nikahların sayı 483 olub. "Nikah bağlanan əcnəbilər arasında daha çox Türkiyə, Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları üstünlük təşkil edir", - deyə rəsmi məlumatda vurğulanıb.
Bu barədə protest.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının qeydiyyat orqanları - qeydiyyat şöbələri, icra hakimiyyətlərinin nümayəndəlikləri və Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.
Həmin şəxslərdən 183-ü qadın, 200-ü isə kişidir.
Rəsmi statistikadan görünür ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərlə bağlanılan nikahların sayı azalıb.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00