Mərdəkanda yerləşən stadion yenilənir


Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə start verilib.
Bu barədə protest.az-a AFFA-dan məlumat verilib.
Bildirilib ki, aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir. Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.

Çox oxunanlar