Etibar Hüseynov: Bir məktəbin neçə adı var?

Uzun-uzadı yazıb başınızı agrıtmayacam; onsuz da təhsilimizin nə gündə oldugunu yaxşı bilirsiz. Sadəcə bir faktı da nəzərinizə çatdırım ki, qoy bilməyənlər də bilsin ki, təhsilimizin başında kimlər dayanıb. Deməli diqqət yetirin: bu Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini səlahiyyətlərini icra edən (yazana qədər adamın nəfəsi kəsilir) Elmin Məmmədtağıyevin yazdığı məktubdan bir abzasdır.
Orada deyilir: "Müraciətinizlə əlaqədar olaraq bildirirk ki, Gəncə şəhəri İsmət Qayıbov adına  1 nömrəli tam orta ümumtəhsil məktəbi ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov  adını daşıyır və məktəbin qarşısında onun büstü yerləşdirilmişdir". Sitatın sonu.
 Mən məktubdakı bir sıra üslub və orfoqrafik səhvləri qoyuram bir kənara və cənab Emin Əmrullayevə sual edirəm: ay hörmətsiz nazir, siz Allah,  bu cümlədən nə isə başa düşdünüz? Mən Məşədi İbaddan fərqli olaraq "Tarixi Nadiri" axıra qədər oxusam da, yenə də başa düşə bilmədim ki, bir məktəbin neçə adı (adaxlısı) var? bir ya iki? "Google"dan çıxan fotolarda isə bu məktəbin ümumiyyətlə adsız olduğu gürünür.( Yeri gəlmişkən Googl-da bu məktəb haqda ancaq biabırcı yazılar gördüm).
Sayın Əmrullayev, lütfən açəqlama verin: bu analoqsuz kadrları hardan tapırsız? Niyə uşaqlarımızın təhsilnə bu cürə savadsız və səviyyəsiz adamlar rəhbərlik edir? Niyə də, niyə?...

Çox oxunanlar