Eibar Hüseynov: Tolik, Kamran və Lənbəranskiy..


Təxminən 2 həftənin söhbətidir. Şəmkirdən orta məktəb dostlarım zəng edib dedi ki, bəs Murad adlı, 12 yaşlı uşaq var- beyin xərçəngidir. Valideynləri kasıb adamlardı. Atası əlildir, anası da saç ustasıdır-kənddə toy-nişan olandan-olana gəlin bəzəyir və.s. Uşağın Türkiyədə əməliyyatı çox bahadır. Bizimkilər isə təxminən 25 000 manat istəyir. İndi valideynlər əlacsız qalıb olan-qalan zinyət əşyalarını, torpaq sahələrini satıblar, kənd camaatı da sag olsun, yığışıb imkan olandan pul toplayıb təxminən 15 min düzəldiblər. Bir 10 000 də toplansa uşaq əməlyyata girə bilər.
***
 Düzü bu yönümlü müraciətlər poctuma çox gəlir. Amma paylaşmıram. Arayıb-araşdırandan sonra ki, dələduz filan deyil- o halda sakitcə 50dən 100dən hesabına köçürürəm gedir. Bu dəfə də elə etdim. Ancaq uşağın videosunu görəndən sonra paylaşım da etdim. Və + tanınmış bloqqerlərə də videonu göndərib dəstək olmağı xahiş etdim. Götürüb  Kamran Rozmovara, Tolikə və Elçin Ləmbəranskiyə də videonu göndərdim. 
***
Kamran Razmovar ümumiyyətlə reaksiya vermədi. Halbuki adam bütün günü "Xalq", "Millət", "Vətən" deyib pafosla danışır. Amma bir dəfə də olsun bir Qaziyə, Şəhid ailəsinə əl tutduğunun şahidi olmamışam. Əvəzində ermənilər onun, o isə ermənilərin hesabına qəşəng pul qazanır. Özü də lap qəşəng. Digər tərəfdən də həmişə giley-güzar eləyir ki, bəs niyə dövlət buna Fəxri ad, medal verib rəsmi tədbirlərə çağırmır. Adam "Tik-Tok" platformasında danışmağı da bir qəhrəmanlıq sanır. Real işə gəldikdəsə.. Nə isə.
***
Elşin Ləmbəranski adlı ayrı vaxt heç kəsi bəyənməyən digər bir "vətənşüvən" isə " Gözüm üstə. Bu dəqiqə yaxşı bir videomürciət hazırlayıb bütün platformalarımda paylaşacam" dedi. Doğrusu Ləmbəranskiy bunu o qədər ürəklə söylədi ki, dediklərini edəcəyinə şübhəm qalmadı. Amma ay-hay.. Elçin o itmək-itdi. 1-2 gün sonra neçə dəfə zəng etsəm də telefonu açmadı. Həmin Elçin ki, il boyu insanlıqdan, mənəviyyatdan ağızdolusu danışıb millətə əxlaq dərsi keçır. Həmin Elçin ki, Şəmkirin pullu oğlanları ilə oturub-durur, onların pulları ilə guya yardım kampaniyaları-filan edir. Onlardan bahalı hədiyyələr alır və.s.  Amma kasıb, faciə ilə üzbəüz qalmış bir şəmkirliyə gəldikdə isə Elçin qeybə çəkilir.
*** 
İndi isə keçək Tolikə. Videonu "Vatsap"ına göndərdim. Xəbər gəlmədi. Nömrəsini yığdım götürmədi. Sonra gördüm ki "Canlı efir"dədir. Bir neçə saatdan sonra özü yığdı, "nə məsələdi?" deyə soruşdu. Danışdım. Dedi ki, imkan olan kimi, bütün platformalarında paylaşacaq. Mən də xahiş etdim ki, paylaşımların linkini mənə göndərsin.  Amma gün ərzində və sonra Tolikdən xəbər gəlmədi. Evdəkilər sonradan dedilər ki, Tolik ona göndərdiyim videonu yalnız "İnstaqram"dakı əsas səhifəsində deyil, yalnız "stori" bölümündə paylaşmaqla kifayətlənib. Mən də: "stori" nədi ki, nə də reaksiya ola? deyib lap dilxor oldum. 
***
Amma görün nə baş verib?
Deməli mən bütün bu müraciətlərimlə bağlı heç kimə məlumat verməmişdim. Dedim ki, yəni bir nəticə olsun sonra. Amma sən demə Tolikin adicə bir "stori" paylaşımından sonra bir xeyli adam pul köçürübmüş. Qonşulardan da kimsə uşağın anasına deyib ki, "bəs o gün Tolik də paylaşım etmişdi". Bundan sonra onlar karta baxmış və görüblər ki, bircə gün ərzində "Unibank" kartına 1 üzərində, "Beynəlxalq bank" hesabına isə 3 min üzərində pul daxil olub. Valideynlər pulu "Unibank"dan çıxara biliblər, ABB-də isə kart bloka düşüb. Sən demə gün ərzində bir hesaba stabil olaraq köçürmələr gələrsə, 3 min manatdan sonra kart avtomatik bloka düşür və pullar geri qaytarılır. Onlar Şəmkir ABB-nin rəhbəri ilə nə qədər danışıb, yalvar-yapış edirlərsə, bank rəhbərliyi and-aman edir ki, heç nə edə bilməzlər. Məhz bundan sonra mənə zəng edib baş verənləri danışdılar. Mən də öz növbəmdə ABB-nin mətbuat xidmətinin rəhbəri, jurnalist dostumuz Yadigar Cəfərliyə zəng edib məsələni danışdım. O da baş verənlərdən mütəəssir oldu. Bazar günü olmasına baxmayaraq "qoy ərkim çatan əməkdaşlardan öyrənim görüm, nəsə etmək olarmı?" deyir. Və bir qədər sonra zəng edib " Çox təəssüf ki, variant yoxdur. Yalnız pul köçürmüş şəxslər gərək geri qayıdan pulları yenidən göndərsinlər" deyir. Bax belə.
***
 İndi bir anlığa özünüzü həmin ananın ( və uşağın) yerinə qoyub  empati yaşayın: qəfildən xoş xəbər gəlir. Sevinci yerə-göyə sığmır. Göz yaşları içində balasını qucaqlayıb sevincək şad xəbəri deyir, sonrasa  əllərini göyə açıb " Şükür sənə ilahi. Balam sagalacaq deyir". Bir neçə dəqiqə sonra isə hər şey alt-üst olur.  Bədbinliyə, dərin depressiyaya qapanır. Dünya başına fırlanır. Az qala havalana, dəli ola. Təsüvvür edə bildinizmi? 
***
Düzü mən də çox pis oldum. Bütün baş verənlərdə özümü günahkar saydım. Sanki "qaş düzəltdiyim yerdə, göz çıxarmışdım". "Nahaq bu işə qol qoydum" deyib özüm-özümü məzəmmət edib, qınayırdım. İndi o gündən bəri rahatlıq tapa bilmirəm. Az qala hər gün yol gedəndə, maşın sürəndə o uşaq, və anasının ümüdsiz baxışları gözüm önünə gəlir, yatanda yuxuma girir. Toxtaya bilmirəm. Rahatlıq tapammıram. Ona görə də içimdə yaşadıqlarımı yazıb bir qədər rahatlanmaq istədim. Doğrudanmı 3-5-10 manatımızdan keçib bir uşağı xilas etməyib, onu rahatcana ölümün ağuşuna verib seyrçı qalırıq. 
***
Ramazan ayıdır. Bir çox namaz qılmayanlar belə oruc tutur, ehsanlar verir və.s. Zənn edirlər ki, bununla da Allahın savabını qazanıb, günahlarını yuyub, cənnətə düşəcəklər. Guya ki, bunlar bir neçə saat qarınlarını boş saxladıqlarına görə Allah Tala  bunları hifz edəcək, öləndən sonra da göndərəcək cənnətdəki huri-mələklərin yanına. Ay-hayy...
***
Yadımdadır ki, bütün bu baş verənlər o ərəfəyə təsadüf edirdi ki, Velizar adlı bir tiktoker canlı yayım açıb hər gün bir neçə saat ərzində 3-4 nəfərə 10-20 min manat   civarında pul toplayıb verirdi. Bunun özüm də canlı şahidi olmuşam. Və həmin ərəfədə həmin bu Kamran da, Ləmbəranskiy və bir çoxları da video paylaşıb həmin o Velizara müraciət edən anaları da, ona pul göndərənləri də kəskin şəkildə ittiham edirdilər ki, bir transa, üzdənirağa niyə müraciət edirsiz və ya pul göndərirsiz. Yəni ki "ölməmişik ki, bizə göndərin biz fırladaq da". Amma zaman göstərdi ki, həmin o Velizar da, orientasiyasına şübhə ilə yanaşdığınız həmin Tolik də sizlərdən daha çox kişidirlər. Kişilik heç də insanın yaradılış forması ilə ölçülmür. Ona qalsa.. nə isə...
P.S Elçin Ləmbəranskiy,  yaxşı ki, sən o vaxt bu işə qol qoymadın. Yoxsa həmin bank problemi olmasaydı indi Tolikin haqqına girib "camaat mənim çağırışıma görə pul köçürdü" deyib hər şeyi öz adına yazacaqdın. Eynən Türkiyədə zəlzələ olandakı kimi...
PP.S Dostlar 12 yaşlı Muradın videosunu və Bank hesablarını bir daha və yəqin ki, sonuncu dəfə paylaşıram. 4-5 min pul qalıb. Hər keçən gün onu ölümə daha bir addım yaxınlaşdırır. Kimin imkanı nəyə çatırsa kömək etsin. Onu ölməyə qoymayaq!
 Unutmayaq ki, biz həm də Türkiyədə, Ukraynada, İranda, Fələstində əziyyət çəkənlərə əl uzadan həmin xalqın nümayəndələriyik...
ABB: 5522 0993 6557 0555
KAPİTAL: 5239 1517 7513 3385

Çox oxunanlar