protest.az xəbər verir ki, buna səbəb Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsidir.
Eyni zamanda, Vəndamda magistralın kənarında yerləşən evlər və hasarlar da plana düşüb, söküntüsünə başlanılıb, ağaclar kəsilib.
Qeyd edək ki, yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib./Yeni Sabah

Prezident onları təltif etdi - ADLAR
Ruslan Eyyubov həbsdən azad edildi