Xocalı qatili Vitali Balasanyan ermənilərin bir gün yenidən Qarabağa qayıda biləcəklərinə ümid etdiyini bildirib.
protest.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağdan qovulmuş separatçıların keçmiş rəhbərlərindən olan Balasanyan 9 noyabr tarixli sənədin ləğv edilmədiyini deyib.
"Ümid edirəm ki, bu sənəd tətbiq olunacaq", - deyə Balasanyan bildirib.
Qarabağa qayıtmağın təhlükəsiz olub-olmadığı soruşulduqda, V.Balasanyan dünyanın heç bir yerində mütləq təhlükəsizlik və ya sülh olmadığını qeyd edib.
Təhlükəsizlik zəmanətləri təmin edilərsə, o, Qarabağa qayıtmağa hazırdır. "Əlbəttə ki, mütləq", - deyə Balasanyan əlavə edib.
Vitali Balasanyan Xocalı qətliamını törədənlərdən biridir. O, Xocalıdakı döyüşlər zamanı əsir alınan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu şəxsən işgəncə verməklə qətlə yetirib.
Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. 2023-cü il sentyabrın 28-də o, Qarabağı tərk edərək gizli yollarla Ermənistana qaçıb.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00