Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə olub.
protest.az xəbər verir ki, APA-nın məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Prosesdə zərərçəkənin hüquqi varisi və nümayəndəsi iştirak etməyib.
Müdafiə vəkilləri vəsatət verərək İlduzə Hacıyevanın ev dustaqlığına buraxılmasını xahiş ediblər.
Bildirilib ki, İlduzə Hacıyevanın qeyri-rəsmi nikahdan olma övladları onun himayəsindədir, əgər o, həbsdə qalarsa, uşaqları Almaniyada sığınacağa yerləşdiriləcək.
Bundan başqa, ilkin baxış iclasının istintaqla aparılması xahiş edilib.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini təklif edib.
Məhkəmədə qərar elan olunub. Qərara əsasən, İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Ona sosial şəbələkdən istifadə ("Whatsapp"da ailəsi ilə danışmaq istisna olmaqla) qadağan olunub.
Məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Məlumata görə, İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan sürətlə gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, digəri şəxs isə ağır xəsarət alıb.
İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.
Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub.
O, məhkəmə zalında həbs edilib.
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30