Yevlaxda faciə: 64 yaşlı kişi evində güllələnmiş halda aşkarlandı

Yevlax rayonunda güllələnmiş meyit aşkarlanıb.

Hadisə rayonun Əkşəm kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Mingəçevir şəhər sakini, 64 yaşlı Əjdər Cuma oğlu Pirimovun meyiti atasına məxsus evdə tapılıb. Onun odlu silahdan aldığı güllə yarası nəticəsində həyatını itirdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Çox oxunanlar