Bayaq qabağıma tanınmış jurnalist Kamran Rozmovarın Xocalıdan hazırladığı bir süjet çıxdı. Xocalıda yaşayan, qardaşı və oğlu şəhid olmuş bir yaşlı xanım çox şükranlıqla danışır. Ancaq supulunu verməkdə çətinlik çəkdiyini qeyd edir. Deyir ki,kubunu 90 qəpikdən verə bilmirik. Çox bahadır. Ona görə də nə əkin əkə bilirik, nə də həyət-bacadakı ağacları, gülləri sulaya bilirik. Və xahiş edir ki, suyun qiymətində azacıq da olsa güzəştlər edilsin.
***
İndi nə demək istəyirəm. Bəli Xocalı azad olub. Ona yeni nəfəs verilir. Şəhər təzələnir, yeni-yeni müasir, biri-birindən gözəl tikililər salınır. Amma nə olmasından asılı olmayaraq vaxtı ilə Xocalıda yaşanan faciə heç nə ilə unudala bilməz. Mən elə bilirəm ki, bu şəhər nə qədər təzələnsə də köhnə yaralar heç vaxt unudulmayacaq və heç vaxt qaysaqlanmayacaq. Xocalı şəhəri gördüyünü görüb, bütün baş verənlər bu şəhərin gözləri qarşısında baş verib. Bu şəhər ruhlar şəhəridir. Nə qədər təzələnsə də, bər-bəzək vurulsa da adındakı o ağırlıq heç vaxt yox olub getməyəcək. Mənə elə gəlir ki, Xocalıdakı toylarda heç kəs sidq-ürəkdən qol qaldırıb oynamayacaq. Buradakı kafe və restoranlarda heç kəs iştahla, nuşicanlıqla yeyib-içməyəcək. Çünki bu şəhər düşmənlərimizin sinəmizə çəkdiyi, heç vaxt sağalmayacaq, daima sızıldayacaq bir dağdır. Ona görə də bu şəhərə xüsusi bir status verilməlidir. Artıq Xocalıya köç başlayıb. Bu insanlara bir motivasiya olsun deyə xüsusi güzəştlər tətbiq edilməlidir. Onlar kommunal xərclərdən, bələdiyyə və.s vergilərən azad olunmalıdır.
***
Bir misal çəkəcəm. Mən Şəmkirdə oxuyub-böyümüşəm. Yadımdadır ki, 9 may və ya hansısa tətil günlərində bizi avtobusla milliyətcə erməni olan marşal Baqramyan və Babacanyanın vətəni sayılan Çardaxlı kəndinə- Baqramyanın ev muzeyinə ekskursiyaya aparardılar. Çardaxlı, Şəmkir-Gədəbəy yolunun üstündə, cənnətməkan bir kənddi. Ucqar bir yerdə yerləşməsinə baxmayaraq yolu digərlərindən fərqli olaraq həmişə keyfiyyətli asvaltla örtülü olardı. Təsəvvür edin ki, hələ sovetlər dönəmində-yəni qazın, işığın qəpik-quruş olduğu bir vaxtda bu kənd, bu erməni marşalların səbəbinə kommunal xərclərdən azad edilmişdi. Əslində bayaq qeyd etdiyim ki, Çardaxlı kurort zonası kimi gözəl bir məkanda yerləşirdi. Dörd bir tərəfi bulaqlar, torpağı münbit, təbiəti ecazkar. Ermənilər də əkin-tikinlə məşgul olardı. Xüsusən də yay aylarında evlərini Bakıdan və ətraf rayonlardan gələnlərə kirayə verərək bəy balası kimi yaşayardılar. Tək rayon rəhbərliyi deyil, eləcə də polisi, məhkəməsi o cümlədən Ali məktəblərdə belə Çardaxlı sakinlərinə fərqli münasibət olardı.
***
Ancaq Çardaxlı ilə paralel Şəmkirin Qapanlı kəndı də var idi. Bu kənd Azərbaycanın ilk (yəni 41ci ildə) və ən gənc Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun vətənidir. O tək Azərbaycanın deyil elə SSRİ məkanında ilk Sovet İttifaqı qəhrəmanı adına layiq görülən şəxslərdən olub. Təsəvvür edin ki, Baqramyan və Babacanyan İsrafil Məmmədovdan məhz 3 il sonra yani 44 cü ildə bu adla təltif olunublar. Və İsrafidən fərqli olaraq bu “toy generalları” bu ada hansısa igidliyə görə deyil, məhz Mikoyanın sayəsində nail olublar. Ona görə də erməni xəbisliyi burada da özünü biruzə verirdi. Erməni marşallar o vaxtkı Şamxorda bunlarla yanaşı 22 yaşlı hansısa “uşaq-muşağ”ın adının çəkilməsini heç cürə həzm edə bilmirdilər. Ona görə də 46-cı ildə İsrafil Yaltada müalıcə aldığı zaman müəmmalı şəkildə dünyasını dəyişir. Baxmayaraq ki o, 43-cü ildə yaralanmış və bununla bağlı ordudan tərxis olunmuşdu. O vaxt ermənilər onun Şəmkirdə deyil, Gəncədə dəfn olunmasına nail oldular.
***
Və ümumiyyətlə uzun illər İsrafil Məmmədov gəncəli kimi təqdim olundu. Halbuki o orta məktəbi bitirdikdən sonra Gəncədə texnikomda təhsil almış, və oradan orduya çağrılmışdır. Və ona görə də uzun illər Şəmkir və onun Qapanlı kəndinin adı İsrafil Məmmədovla yanaşı çəkilmədi. Halbuki həmin Baqramyan 5 yaşında ikən Çardaxlıdan çıxıb, əvvəlcə Gəncədə, bir-neçə il sonrasa Tiflisdə təhsil aldıqdan sonra Moskvaya- hərbi məktəbə, yola düşübdür. Təxminən Babacanyan da onun kimi. Ancaq buna baxmayaraq onlar Şəmkirdə bir qəhrəman kimi yalnız öz adlarının asosiasiya olunmasına nail oldular. İsrafil Məmmədov, o vaxt Gəncədə dəfn olunur, büstü və ev muzeyi də orada açılır. Yalnız illər sonra Qapanlıda küçə və məktəbə İsrafilin adı verilir. Amma kəndə hansısa fərqli münasibət göstərilmir. Yadımdadır 92-ci ildə jurnalist kimi Qapanlıya- İsrafilin qardaşı ilə müsahibə almağa gedəndə yağışlı bir gün idi. Və mən Qapanlının küçələrində palçığa batmamaq üçün şalvarın balağını dizimə qədər qatlamışdım.
***
Bütün bunları deməkdə məqsədim odur ki, tariximizi unutmayaq, bu cür hadisələrdən ibrət götürək. Ki, geydirmə erməni marşalları o vaxtkı nüfuz və səlahiyyətlərindən istifadə edib görün nələr edirmişlər. Qarabağ və azad olunmuş rayonlarımız su ehtiyatları ilə zəngin bir bölgədir. Ona görə də üzümü ilk növbədə Xocalıdan və Qarabağdan olan deputatlara, o cümlədən də əlaqədar təşkilatlara, xüsusən də "Azəriqaz", "Azərişıq", "Azərsu"ya həmçinin Tarif Şurasına tutaraq xahiş edirəm ki, Xocalıya o cümlədən də işğaldan azad olunmuş rayonlarımızda kommunal xərcləri maksimum azaldın. Xocalını tam, digər rayonları isə heç olmasa 5-10 illiyinə kommunal xərclərdən azad edin.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00