Amerikalı ekspertdən Şuşa Forumu ilə bağlı paylaşım - FOTO

Bugün işinə başlayan 4-cü Şuşa Qlobal Media Forumunda ABŞ nümayəndələri də iştirak edir.
protest.az xəbər verir ki, Forumda ABŞ-ni ekspert Brayan Leib təmsil edir.
"4-cü Şuşa Qlobal Media Forumu üçün Şuşada, Azərbaycanın paytaxtında səfərdəyəm. ABŞ nümayəndə heyətinə rəhbərlik etməkdən şərəf duyuram!", - deyə ekspert öz Facebook səhifəsində paylaşım edib. 
Xatırladaq ki, 13-14 iyul tarixlərində Azərbaycan Respublikasında Şuşa şəhərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forum keçiriləcək.

Xəbər lenti
Çox oxunanlar