Bakıya yaxın ərazilərdə partlayış səsləri eşidiləcə

17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.

protest.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik qaydalarına tam riayət edilməklə döyüş sursatları Pirkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv olunacaq.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırıb.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

Çox oxunanlar