Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində yerləşən neft emalı zavodu, dəmir yolu körpüsü və digər hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.
protest.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən "Lukoyl-Nijeqorodnefteorqsintez" neft emalı zavodu hədəfə alınıb. İlkin məlumata əsasən, müəssisədə neftin ilkin emalı üçün nəzərdə tutulan AVT-6 qurğusu vurulub.
Bundan başqa, Rusiya ərazisində yerləşən dəmir yolu körpüsünə də zərbə endirildiyi bildirilib.
Baş Qərargahın məlumatında qeyd olunur ki, Zaporojye vilayətinin Kamenka yaşayış məntəqəsi yaxınlığında yerləşən Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatları anbarı da vurulub.
Ukrayna tərəfi əməliyyatın nəticələrinin dəqiqləşdirildiyini bildirib. Rusiya tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, "Lukoyl" şirkətinin səhmlərinin əsas sahibi Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovdur.
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00