Danimarkada iyunun 27-də havanın temperaturu 37°C-yə çataraq son 150 ilin ən yüksək göstəricisi kimi qeydə alınıb.
protest.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bildirilib ki, bununla da 1975-ci ildən qüvvədə olan 36,4°C-lik əvvəlki rekord yenilənib.
Danimarka Meteorologiya İnstitutunun açıqlamasına görə, Odense şəhərinin şimalında 36,6°C temperatur ölçülüb ki, bu da 1874-cü ildən aparılan müşahidələr tarixində ən isti gün hesab olunur. Meteoroloqlar əlavə ediblər ki, gün ərzində Orxus şəhərinin şimalında temperatur 37°C-yə yüksəlib.
Nəşr həmçinin vurğulayıb ki, iyunun 23 və 24-ü Fransada müşahidələrin aparıldığı bütün dövr ərzində ən isti günlər kimi tarixə düşüb. İyunun 25-i axşam saatlarından başlayaraq ölkənin qərb bölgələrində istilərin təsiri zəifləsə də, 60-dan çox departamentdə "qırmızı" təhlükə səviyyəsi hələ də qüvvəsini saxlayır.
Eyni zamanda, Almaniya Meteorologiya Xidməti Saksoniya-Anhalt əyalətinin Drevits yaşayış məntəqəsində 41,5°C temperatur qeydə alındığını açıqlayıb. Bu göstərici Almaniyada indiyədək ölçülmüş ən yüksək temperatur hesab olunur.
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 13:00
27-06-2026, 18:00
27-06-2026, 13:00
27-06-2026, 12:30
27-06-2026, 12:00
27-06-2026, 11:30
27-06-2026, 11:00
27-06-2026, 10:30
27-06-2026, 10:00
27-06-2026, 09:30
27-06-2026, 09:00