“Ölkəmizdə çox geniş yayılmış xəstəliklərdən biri, bəlkə də birincisi, şəkərli diabetdir. Rəsmi tibb elmi onun sağalmayan xəstəliklər cədvəlində lap başdan yazıb. Halbuki təcrübə bunun tam əksini göstərir. Şəkərli diabet ən tez sağalan xəstəlikdir. Mənim 8-ci xəstəliyim şəkərli diabet idi. Həyat tərzini dəyişən kimi bu xəstəlik də yaxamı buraxdı. Bu xəstəlik də, digər xəstəliklər kimi, menyu ilə bağlıdır. Nə tökürsən aşına - o da çıxır qarşına”.
protest.az xəbər verir ki, bunu tanınmış loğman - sağlam qidalanma üzrə mütəxəssis, yazşıçı-jurnalist Ərşad Əzimzadə bildirib.
Onun sözlərinə görə, elmə çoxdan bəllidir ki, orqanizmə enerji verən alkoqol və şəkərdir. Bunlar yoxdursa – güc də yoxdur. Ona görə də bizim bədənimiz hər gün qəbul etdiyimiz qidalardan həm spirt hazırlayır, həm də şəkər. Ana təbiətin əbədi qanunlarından biri olan tarazlıq qanunu tələb edir ki, bu iki element eyni səviyyədə olsun.
“Tarazılıq qanunu pozulanda nə baş verir? Əgər bədəndə spirt (alkoqol) çoxdursa ürək-damar xəstəliyi törəyir. Şəkər artıqdırsa, tibb eliminin “şəkərli diabet” adlandırdığı xəstəlik baş qaldırır. Bu halda həkimlər orqanizmə, sözün əsl mənasında, təcavüz edirlər. Siftə vaxtlar xəstəyə nisbətən zəif həblər təyin edirlər. Xəstəlik dərinləşir, şəkər qalxır. Bu zaman keçirlər iynələrə. Get-gedə iynələr də qalxan şəkərin qarşısını ala bilmir. Onda dozanı artırmaq lazım gəlir. Beləcə, insan ömürünün axırına kimi dərmandan aşlı vəziyyətdə qalır”, - Ə.Əzimzadə deyib.
Ə.Əzimzadənin sözlərinə görə, diabet xəstəliyini çox təhlükəli edən bir neçə məqam var:
“Əvvəla, qanda şəkərin artıq olması gətirib yeni xətəliklərin törənməsinə çıxarır. İkincisi, şəkərli diabet digər xəstəliklərin sağalmasına ikman vermir. Üçüncüsü və ən təhlükəlisi budur ki, diabet xəstəsi bədənin hər hansı bir yerində zədə aldıqda yara sağalmır, qanqrena baş verir.
Tanıdığım bir qadın, şəkər xəstəsi ayağının baş barmağını zədələmişdi. Qanqrena başladı. Barmağı kəsdilər. Amma çürümənin qarşısını ala bilmədilər. Cərrah ayağı topuqdan, sonra dizdən, daha sonra buddan kəsdi. Cavan qadın dünyasını dəyişdi.
Bu faciə ona görə baş verdi ki, nə dərmanlar, nə də cərrah bıçağı bu xəstəliyi törədən səbəbi aradan qaldırmır. Səbəb qalır. Səbəb qaldığı üçün nəticə (xəstəlik) də qalır. Səbəbi aradan götürmədən nəticəni ləvğ etmək mümkün deyil.
Bəs səbəb nədir?
Bu yerdə dünya tibb eliminin banisi olan Hipporkatın “biz –nə yeyiriksə, oyuq” fəlsəfəsi və Məhəmməd Peyğənbərin “bütün fəsadların yuvası- mədədir, bütün dərdin carəsi – pəhrizdir” kəlamı yada düşür. Düzgün qidalanmadan, pəhriz saxlamadan heç bir xəstəliyi sağaltmaq mümkün deyil.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
4-06-2026, 18:00