Uzun müddət hərəkətsiz vəziyyətdə oturmaq onkoloji xəstəliklərdən ölüm riskini artırır.
protest.az xəbər verir ki, bu nəticəyə beynəlxalq tədqiqatçılar qrupu gəlib. "British Journal of Sports Medicine" jurnalında dərc olunan araşdırma 91 mindən çox yetkin insanın məlumatlarının təhlilinə əsaslanır. İştirakçıların fiziki aktivliyi xüsusi daşınan cihazlarla izlənilib.
Alimlər müəyyən ediblər ki, riskə təsir edən amil yalnız gün ərzində ümumi oturma müddəti deyil, həm də hərəkətsiz qaldığımız fasiləsiz vaxtlardır. 30 dəqiqədən çox hərəkətsiz oturduqda mənfi təsirlər artmağa başlayır.
Araşdırmaya görə, fasiləsiz oturma müddətinə əlavə olunan hər bir saat xərçəng xəstəliklərindən ölüm riskini təxminən 9–10 faiz artırır.
Bununla yanaşı, mütəxəssislər müəyyən ediblər ki, hətta az miqdarda fiziki hərəkət də bu mənfi təsiri əhəmiyyətli dərəcədə azalda bilər. Hər 30 dəqiqədən bir iş yerindən qalxmaq, ofisdə bir az gəzmək, pilləkənlə qalxmaq, zibili atmaq və ya qısa gəzinti etmək xərçəngdən ölüm riskini təxminən 12 faiz azalda bilər.
Daha intensiv fiziki fəaliyyət isə bu xəstəliklə mübarizəyə daha güclü təsir göstərir. Cəmi beş dəqiqəlik aktiv hərəkət — məsələn, sürətli yerimək, pilləkən qalxmaq və ya yüngül qaçış, bu riski təxminən 22 faiz azalda bilər.
Tədqiqat müəllifləri qeyd edirlər ki, müasir həyat tərzi — ofis işi və uzun müddət kompüter qarşısında qalmaq — sağlamlıq üçün risk faktorlarından birinə çevrilir. Onların fikrincə, ofisdə az müddətli hərəkət fasilələri qidalanma və yuxu rejiminə riayət etmək kimi gündəlik vərdişə çevrilməlidir.
Ekspertlər vurğulayırlar ki, bu nəticələr oturmağın özünün birbaşa xərçəng yaratdığı anlamına gəlmir. Lakin uzunmüddətli hərəkətsizlik xroniki xəstəliklərin inkişafına, maddələr mübadiləsinin pozulmasına, qan dövranının zəifləməsinə və sağlamlıq üçün mənfi nəticələrə səbəb ola biləcək digər proseslərə təsir göstərə bilər.
Tədqiqatçılar masa arxasında çox vaxt keçirən insanlara ən azı hər 30 dəqiqədən bir qalxmağı və hər gün fiziki aktivliyə vaxt ayırmağı tövsiyə edirlər. Onların fikrincə, həyat tərzində edilən belə sadə dəyişikliklər uzunmüddətli sağlamlıq risklərini əhəmiyyətli dərəcədə azalda bilər.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:56
Dünən, 15:54
Dünən, 15:53
Dünən, 15:52