Ali təhsil müəssisələrinə qəbul prosesi yaxınlaşdıqca ixtisas qrupları üzrə rəqabət və keçid balları ilə bağlı müzakirələr də artır. Xüsusilə birinci ixtisas qrupunda bəzi istiqamətlər üzrə marağın daha yüksək olduğu müşahidə edilir.
protest.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Vüsat Əzizov qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə statistikasına nəzər saldıqda görürük ki, hər il olduğu kimi bu il də birinci ixtisas qrupu üzrə müraciət edən abituriyentlərin sayı daha çoxdur:
"Təxminən 33 min 500 abituriyent birinci ixtisas qrupu üzrə sənəd qəbulunda iştirak edib. Bu qrup daxilində isə riyaziyyat-kimya (RK) alt qrupu üstünlük təşkil edir. Bunun əsas səbəbi həmin alt qrup üzrə ixtisasların sayının daha çox olmasıdır.
İnformatika alt qrupunda isə ixtisas sayı nisbətən az olsa da, bu istiqamətlər daha perspektivli hesab olunur. İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter elmləri və kompüter mühəndisliyi kimi ixtisaslar abituriyentlər tərəfindən daha çox seçilir. Nəticədə, informatika alt qrupu üzrə keçid balları da daha yüksək olur. Burada həm plan yerlərinin məhdud olması, həm də ixtisasların əmək bazarında daha çox tələbat görməsi əsas rol oynayır.
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30