Tarixin bütün dönəmlərində zəngin,bərəkətli torpaqlarımıza münasibətdə düşmənlərimiz dostlarımdan çox olub.Heç o qədər də uzaq olmayan son 2-3 əsrdə başımıza gətirilən faciələrə,torpaq itkilərinə, humanitar fəlakətlərə və böyük dağıntılara məruz qalmağımız xeyli dərəcədə bir sıra dövlətlərin yaşadığımız region uğrunda mübarizəsinin bilavasitə və dolayı nəticəsidir.1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub.Bunun ardınca həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb.Ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməsi sonrakı faciəvi hadisələrdə ciddi rol oynayıb.Beləliklə iki əsrdən artıqdır ki, bir sıra dövlətlərin xalqımıza qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş erməni şovinistlərinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar ermənilərin havadarlarının onların əli ilə azərbaycanlılara qarşı yeritdikləri siyasətin tərkib hissəsidir.Bu kontekstdə XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törədilən bütün faciəvi aktlar torpaqlarımızın zəbt edilməsi ilə müşayiət olunaraq,erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.Onların arasında 1918-ci ildə törədilən soyqırım öz miqyas və qədarlığına görə təkcə azərbaycanlılara qarşı deyil,həm də insanlığa qarşı soyqırım aktı kimi xüsusi yer tutur.Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı törətdikləri 1918-ci ilin mart qırğınları- bəşər tarixinin ən qanlı səhifələrindn biri, Azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.
1918-ci ilin mart–aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən dinc azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi qanlı hadisələrdən 107 il ötür.Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə yaratdığı və müxtəlif millətlərin,o cümlədən ruslar,yəhudilər, polyaklar,gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında 31 mart hadisələrinin bəşər tarixinin ən qanlı səhifələrindn biri kimi ortaya çıxarmış, bu həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün təkzibolunmaz faktoloji əsaslar yaratmışdır.On minlərlə həmvətənimizin qətlə yetirildiyi bu qətliam zamanı azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və qəbristanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur.Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.Bu yöndə mövcud olan qiymətli tarixi sənədlər erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaradır.Lakin beynəlxalq təşkilatlar ikili standartlara yol verdiyindən insanlığa qarşı törədilən bu qatı cinayət indiyədək genosid aktı kimi beynəlxalq hüquqi qiymətini almayıb.
Qarabağ haqqımıza göz dikən və ondan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edən yağılara qarşı 44 günliük Vətən müharibəsindəki möhtəşəm qələbəmiz 31 Mart soyqırmından sonra da Azərbaycan xalqına qarşı davam etmiş soyqırımı siyasətini dayandırdı.İkinci Qarabağ müharibəsindəki tarixi zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması zaman-zaman ermənilərin oz havadarları ilə birlikdə xalqımıza qarşı törətdikləri soyqırımı unutdurmur, əksinə ona yeni məzmun gətirir.Biz heç vaxt öz havadarlarına arxayın olub Azərbaycan xalqına qarşı törədilmiş erməni vəhşiliklərini unutmamalı,bəşər tarixinin ən qanlı faciələrindən biri olan 31 mart-Azərbaycanlıların soyqırımına beynəlxalq miqyasda hüquqi qiymət almasına nail olmaq istiqamətində səylərimizi davam etdirməklə, bu yöndə əlimizdə olan tarixi sənədlərin köməyi ilə erməni şovinizminin təkcə Azərbaycan xalqına qarşı deyil,həm də insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərinin bütün dünya qarşısında ifşasını davamlı olaraq genişləndirməliyik.İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizdən sonra erməni havadarları tərəfindən Azərbaycana qarşı basqıların gücləndiyi,təxribatların artan xəttlə getdiyi bir vaxtda, bu çox vacibdir. Bu kontekstdə dünya ictimayyətini erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrə diqqəti artırmağa çağırırıq.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda savaşda canlarından keçmiş şəhidlərimizi bir daha hörmət və ehtiramla anır, ruhları qarşısında baş əyir,onlara və soyqırımı qurbanlarına Allahdan rəhmət diləyirik!