Xomeynidən transgenderliyə fətva almağa nail olan qadın..

Bu,  Məryəm Xatun Molkara və onun əridır. Məryəm transgender qadın idi və İranda transgender hüquqlarının qabaqcıllarından biri olub. 
1975-ci ildə Molkara İraqda sürgündə olan Ruhullah Musavi Xomeyniyə məktublar yazaraq, doğuş zamanı səhv cins təyin edildiyi və vəziyyəti düzəltməli olduğu ilə bağlı ondan dini məsləhət istədi. 1978-ci ildə isə Xomeyninin qaldığı Parisə səyahət edərək, onu transgender hüquqları barədə maarifləndirməyə çalışdı.1986-cı ildə o, kişi geyimində və əlində Quran tutaraq Xomeynini Tehranın şimalındakı evinin qarşısına gəldi, lakin Xomeyninin qardaşı Həsən Pəsəndid müdaxilə edənə qədər mühafizəçilər onu döyməyə başladılar. Sonunda ona Xomeyni ilə görüşə icazə verildi. O xatırlatdı ki, inqilabdan əvvəl, 1978-ci ildə cinsiyyət dəyişikliyi əməliyyatı üçün ona xeyir-dua vermişdi. Xomeyni ona bunun üçün icazə verən fətva verdi. Nəticədə, o, cinsiyyət dəyişikliyinə nail ola bildi. İslam İnqilabından sonra o, televiziya işindən qovuldu, iradəsinə zidd olaraq kişi hormonları vuruldu və psixiatrik xəstəxanaya yerləşdirildi. Əli Əkbər Haşimi Rəfsəncani də daxil olmaqla dini liderlərlə yaxşı əlaqələri olduğuna görə azadlığa buraxıldı. İran xəstəxanalarındakı əməliyyatların keyfiyyətindən narazı olduğu üçün 1997-ci ildə Taylandda cinsiyyət dəyişmə əməliyyatları keçirdi.
Məhz onun sayəsində bütün iranlılar bunu etmək azadlığına nail oldular. İndi cinsiyyət dəyişikliyi İranda yalnız əməliyyat deyil, həm də ayrılmaz bir hüquq kimi qəbul edilir. Buna görə də, bütün cinsiyyət dəyişikliyi əməliyyatları İran səhiyyə sistemi tərəfindən təmin olunur.
2007-ci ildə Məryəm İranda transgender hüquqlarının müdafiəsi üçün rəsmi qeydiyyatdan keçmiş, "Gender Disforiyası Olan İnsanlara Dəstək üzrə İran Cəmiyyəti"ni təsis etdi. Və həyatının sonuna qədər cinsiyyət dəyişikliyi əməliyyatları ugrunda mübarizəsini davam etdirdi. 
Məryəm Xatun Molkara 25 mart 2012-ci ildə 62 yaçında vəfat etdi.
protest_az

Çox oxunanlar